Sabah Azərbaycanda havanın yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 26-da Azərbaycan ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti olacaq.Sabah Azərbaycanın rayonlarında, əsasən, duman, çiskin, axşamdan başlayaraq yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2-7 dərəcə, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.