Noyabrın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasındabuludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.Temperatur gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq.Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz isə 65-75 faiz olacaq.Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir.Temperaturun gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq.Temperaturun gecə 1-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarındahavanın gündüz, əsasən, yağmursuz olacağı, lakin gecə və axşam çiskinli yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq.Temperaturun gecə 5-10, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.Temperaturun gecə 4-9, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-4 gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında,əsasən, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.Temperaturun gecə 6-11, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir yağış yağacağı gözlənilir.Temperaturun gecə 9-11, gündüz 13-15 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.