Ağır yol qəzası 1 nəfərin həyatına son qoydu

Ağır yol qəzası 1 nəfərin həyatına son qoydu
Bütün Xəbərlər
14:32 16.11.2012
804
Bu gecə Bakının Sabunçu rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xanlar rayon sakini İntiqam Məmmədovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Dəyanət Axundovun idarə etdiyi “Ford-Tranzit” markalı avtomaşınlar toqquşub.Nəticədə İntiqam Məmmədov hadisə yerində ölüb. Digər maşının sürücüsü Dəyanət Axundov və sərnişini Pərviz Hüseynov ağır yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR