Erməni silahlı bölmələri dünən və bu gecə bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub.Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, düşmən ordusu Ağdam rayonunun Yusifcanlı və Baş Qərvənd, Füzuli rayonunun Horadiz və Aşağı Əbdülrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.