Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Bütün Xəbərlər
09:26 09.11.2012
771
Bu gün Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15, gündüz 16-20 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR