Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Bütün Xəbərlər
01:06 13.11.2012
1368
Noyabrın 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yağış yağacağı gözlənilir.Temperatur gecə 8-11, gündüz 11-14 dərəcə isti olacaq.Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq.Atmosfer təzyiqi 773 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək, nisbi rütubət 90-95 faiz təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.Temperaturun gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensiv olacağı, gecə saatlarında yağışın qara keçəcəyi ehtimalı vardır.Temperaturun gecə 2 şaxtadan 3-dək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensiv olacağıehtimalı var.Temperaturun gecə 6-10, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensivləşəcəyi, gecə saatlarında dağlıq ərazilərdə yağıntının qara keçəcəyi ehtimalı var.Temperaturun gecə 3-7, gündüz 8-13 isti, dağlarda 1-3, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensivləşəcəyi ehtimalı var.Temperaturun gecə 8-11, gündüz 11-15 dərəcə isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensiv olacağı, dağlıq ərazilərdə yağıntının qara keçəcəyi ehtimalı var.Temperaturun gecə 9-13, gündüz 13-16, dağlarda gecə 4-7, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnozNoyabrın 13-dən 15-dək Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlüyü, atmosfer təzyiqinin xeyli tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
OXŞAR XƏBƏRLƏR