Ötən gün axşam saatlarında Bakıda daha bir sərnişin avtobusu qəzaya uğrayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayonu ərazisində metronun “20 Yanvar” stansiyasının yaxınlığında Tbilisi prospektində 170 saylı “Daewoo” markalı sərnişin avtobusu aşıb. Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Xəsarət alan 7 nəfər xəstəxanaya yerləşdirilib.