Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Bütün Xəbərlər
07:55 07.11.2012
748
Noyabrın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə,Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.Temperatur gecə 13-16, gündüz 20-24 dərəcə isti olacaq.Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq.Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 75-80 faiz təşkil edəcək.Naxçıvan Muxtar Respublikasındahava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 6-11, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.Temperaturun gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarındahava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 10-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarındahavanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə ayrı-ayrı yerlərdə duman, çiskin olacaq.Temperaturun gecə 7-12, gündüz 16-21 isti, dağlarda 2-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq.Temperaturun gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarındahavanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq.Temperaturun gecə 14-17, gündüz 20-24, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR