Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Bütün Xəbərlər
07:58 29.10.2012
799
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 14-17°, gündüz 19-23° isti, Bakıda gecə 15-17°, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95, gündüz 70-80 faiz təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 7-12°, gündüz 19-24° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq, səhər ayrı-ayrı yerlərdə duman və çiskin olacaq. Temperaturun gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperaturun gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gündüz əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 7-12°, gündüz 16-21° isti, dağlarda 3-7°, gündüz 11-16° isti olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz əsasən yağmursuz, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR