Bu günün hava proqnozu

Bu günün hava proqnozu
Bütün Xəbərlər
07:52 18.10.2012
835
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehitmalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 22-27 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR