Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Bütün Xəbərlər
07:44 10.10.2012
1148
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 15-18, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR