Ermənistan silahlı qüvvələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəsi pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen; Berd rayonunun Mosesqerx kəndlərində; Agdam rayonunun işğal olunmuş Mərzili, Qaraqaşlı; Xocavənd rayonunun Kuropatkino; Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.