Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
Bütün Xəbərlər
09:28 30.09.2012
894
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, havanın temperaturu gecə 17-20, gündüz 25-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz: Sentyabrın 30-dan oktyabrın 2-dək Abşeron yarımadasında davam edən nisbətən sabit və mülayim isti hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.
OXŞAR XƏBƏRLƏR