Bu gün saat 17:30 radələrində Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.
ANS PRESS-in Şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonu ərazisində Samur-Həzrə yolunun 5-ci kilometrliyində, İmişli rayon sakini, 1983-cü il təvəllüdlü Səxavət Etibar oğlu Rzayevin idarə etdiyi “Volkswagen Touareg” avtomobili aşıb.
Nəticədə avtomobildə olan sərnişin, Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Tabasaran rayon sakini Ruslan Ramazanoviç İbrahimov hadisə yerində ölüb. Avtomobilin sürücüsü S. Rzayev isə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Hadisə Qusar Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırılır. İlkin məlumata görə, hər iki şəxs Rusiyanın müxtəlif şəhərlərində ticarətlə məşğul olub