Temperatur 33 dərəcəyə yüksələcək

Temperatur 33 dərəcəyə yüksələcək
Bütün Xəbərlər
07:19 18.09.2012
1091
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoz: Sentyabrın 18-dən 20-dək Abşeron yarımadasında mülayim hava şəraitinin davam etməsi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
OXŞAR XƏBƏRLƏR