Temperatur gecə 17-20, gündüz 22-25 dərəcə isti olacaq.Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz olacaq.Abşeronun çimərliklərindədəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasındaşimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.Temperaturun gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarındaşimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.Temperaturun gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarındaşimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.Temperaturun gecə 14-19, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarındaşimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.Temperaturun gecə 10-15, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarındaşimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Temperaturun gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarındaşimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.Temperaturun gecə 19-21, gündüz 23-27 dərəcə, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.XəbərdarlıqSentyabrın 10-12-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.