Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
Bütün Xəbərlər
07:44 16.08.2012
944

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir.

Temperatur gecə 21-26, gündüz 36-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan aşağı 755 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 30-40 faiz olacaq.Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.Temperaturun gecə 21-26, gündüz 35-38, bəzi yerlərdə 42 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir.Temperaturun gecə 14-18, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.Temperaturun gecə 21-26, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 19-24, gündüz 33-38 dərəcə olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.Temperaturun gecə 20-25, gündüz 36-39 isti, bəzi yerlərdə 42 dərəcə isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcək.
OXŞAR XƏBƏRLƏR