Ötən gün Bakının Xətai rayonu ərazisində restoran yanıb. AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan restorananın mətbəxində 2 ədəd soyuducu yanıb. Restoran yanğından mühafizə olunub.