Hava necə olacaq?

Hava necə olacaq?
Bütün Xəbərlər
23:52 12.08.2012
960

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə bildiriblər ki, avqustun 13-də Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək.

Bakıda gecə 25-27°, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-55 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacağı gözlənilir.

Azərbaycanın regionlarında hava əsasən yağmursuz və günəşli keçəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 33-39°, bəzi yerlərdə isə 42 dərəcə olacağə proqnozlaşdırılır.

OXŞAR XƏBƏRLƏR