Bakıda bıçaqlanma hadisəsi baş verib

Bakıda bıçaqlanma hadisəsi baş verib
Bütün Xəbərlər
11:09 04.08.2012
1304

Bakıda çimərlikdə bıçaqlanma hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, avqustun 3-ü saat 19 radələrində, Pirşağı çimərliyində Bakı şəhər sakini Şəhriyar Əliyev mübahisə zəminində qəsəbə sakini Samir Əliyevin qarın nahiyəsindən bıçaq xəsarəti yetirib. Adı çəkilən şəxs Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

//APA

OXŞAR XƏBƏRLƏR