Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Hadisə iyulun 26-da gecə Bakı-Qazax yolunun 313-cü kilometrliyində qeydə alınıb. Goran qəsəbəsində Astara rayon sakini Rafiq Dadaşov idarə etdiyi «VAZ-21074» markalı avtomobili qarşıda gedən Məşədi Süleymanovun idarə etdiyi traktorun qoşqusuna vurub.Nəticədə minik maşınında olanlar -Mirzərəhim Əliyevhadisə yerində ölüb, xəsarət alan digər sərnişini Fərrux Əliyev isə xəstəxanaya yerləşdirilib.