AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri gördükdən sonra nazirliyin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçirib. Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 1 ədəd “RQD 5” və 1 ədəd “F-1” markalı (alışdırıcıları ilə birlikdə) əl qumbaralarıdır.Aşkarlanmış partlayış təhlükəli hərbi sursatlar götürülüb. Hadisə yerinə əlavə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib.