İdmançımız finalda

İdmançımız finalda
Bütün Xəbərlər
16:00 01.08.2012
1435
London Olimpiadasında akademik avarçəkənimiz Aleksandr Aleksandrov finala vəsiqə qazanıb.
Kişilər arasında 1 nəfərlik qayıqla çıxış edən olimpiyaçımız yarımfinal mərhələsini uğurla adlayıb.Belə ki, yarımfinal mərhələsində Lianq Janq (Çin), Santiaqo Fernandez (Argentina), Ondrej Sinek (Çexiya), Alan Kempbell (Böyük Britaniya) və Tim Maeyenslə (Belçika) yarışan A. Aleksandrov 3-cü nəticəni göstərməklə finala adlayıb.Qeyd edək ki, yarımfinal mərhələsində mübarizə hərəsində 6 iştirakçı olan 2 yarımqrupda gedib. Hər yarımqrupdan 3 idmançı finala vəsiqə qazanıb
OXŞAR XƏBƏRLƏR