MTN-dən daha bir uğurlu əməliyyat

MTN-dən daha bir uğurlu əməliyyat
Bütün Xəbərlər
16:14 30.07.2012
2100

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığının, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərilməsinin qarşısı alınıb.

MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları – Nəhmətov Amid Firudin oğlu, İmanverdiyev Ayaz Mahmud oğlu və hazırda şəxsiyyəti istintaqla araşdırılan Ərşad adlı İran İslam Respublikasının vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni İran İslam Respublikasından gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriblər.

Müəyyən edilib ki, qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən Ərşad adlı iranlı narkotik vasitələri İran istiqamətindən qaçaq yolla Azərbaycanın Astara rayonunun Alaşa kəndi ərazisinə keçirmiş və orada gizlədib. Ayaz İmanverdiyev həmin narkotik vasitələri əvvəlcədən müəyyən edilmiş yerdən götürərək Astara rayonunun Şahağacı kəndində Amid Nəhmətova təhvil verib. MTN əməkdaşları tərəfindən Ayaz İmanverdiyev və Amid Nəhmətov yaxalanıb, sonuncunun yaşadığı evə keçirilmiş baxış zamanı 24 kiloqram 402,8 qram həşiş qətranı aşkar edilərək götürülüb. MTN-in həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni tələb olunan lisenziyanı almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan Özbəkistan Respublikasının vətəndaşı İskanderov Pulat İskanderoviç saxlanılıb. Məlum olub ki, Pulat İskanderov və qeyriləri “Bakcell Ltd” MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə giriblər. Bundan sonra, adları çəkilən şəxslər xaricdə istehsal olunmuş «GSM» kanalpaylayıcılarını və digər texniki avadanlıqları əldə etmiş və onları Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən mənzillərdə quraşdırıblar. Pulat İskanderov “Bakcell Ltd” MMC-yə məxsus, ayrı-ayrı şəxslərin adına sənədləşdirilmiş 245 ədəd “GSM” mobil telefon nömrəsi alıb, bu nömrələri həmin xüsusi texniki avadanlıqlara daxil etdikdən sonra İnternetə qoşularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil edib. Göstərilən ünvanlara baxış keçirilərkən həmin avadanlıqlar işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə aşkar olunub. Müəyyən edilib ki, qısa müddət ərzində qanunsuz təşkil edilmiş beynəlxalq telefon danışıqları nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təxminən 104 min manatdan artıq ziyan vurulub. Hər iki faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma), həmçinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olma) maddələri ilə cinayət işləri başlanılıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Çimnazın yasına getdiyim üçün məni qınayanlar çox oldu" - Manaf
16:57 14.08.2025
"Çimnazın yasına getdiyim üçün məni qınayanlar çox oldu" - Manaf
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
16:55 14.08.2025
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO
16:12 14.08.2025
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO
Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
16:06 14.08.2025
Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
"Namiq Qaraçuxurluya vəsiyyət etmişəm ki..." - Könül Xasıyeva
16:04 14.08.2025
"Namiq Qaraçuxurluya vəsiyyət etmişəm ki..." - Könül Xasıyeva
Metroda doğulan körpə və anası evə buraxıldı
16:04 14.08.2025
Metroda doğulan körpə və anası evə buraxıldı
Azərbaycanda idman polisi yaradılmalıdır? - "Qarabağ"ın maskotu "Kəhər" müzakirə yaratdı
16:04 14.08.2025
Azərbaycanda idman polisi yaradılmalıdır? - "Qarabağ"ın maskotu "Kəhər" müzakirə yaratdı
Ermənistanlı nazir: Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq
15:45 14.08.2025
Ermənistanlı nazir: Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq
"Şəxsiyyəti pula satmazlar" - Elnarə Abdullayeva
15:44 14.08.2025
"Şəxsiyyəti pula satmazlar" - Elnarə Abdullayeva
Lənkəranda azyaşlını maşın vurub
15:34 14.08.2025
Lənkəranda azyaşlını maşın vurub
Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı
15:17 14.08.2025
Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
15:12 14.08.2025
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
"Bu görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlanması ehtimalı azdır"
15:09 14.08.2025
"Bu görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlanması ehtimalı azdır"
"Toy oxumaqda bir nömrəli müğənni mənəm" - Afət
15:03 14.08.2025
"Toy oxumaqda bir nömrəli müğənni mənəm" - Afət
Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər - VİDEO
15:01 14.08.2025
Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər - VİDEO
“İsrail İrana qarşı növbəti dəfə hücuma keçə bilər”
14:58 14.08.2025
“İsrail İrana qarşı növbəti dəfə hücuma keçə bilər”