Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, iyulun 18-də keçirilən hərraclarda “Azeri Light” markalı neft 1,79 dollar bahalaşaraq 108,54 dollara satılıb.Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində neftin proqnoz qiyməti 100 dollardır.