Bu gün Anar Məmmədxanovun doğum günüdür

Bu gün Anar Məmmədxanovun doğum günüdür
Bütün Xəbərlər
11:15 20.07.2012
968
Bu gün Milli Məclisin sabiq deputatı, Şən və Hazırcavablar Klubunun “Bakılı Oğlanlar” komandasının keçmiş kapitanı Anar Məmmədxanovun doğum günüdür. Gün.Az xəbər verir ki, Anar Məmmədxanov 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhəri 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə oranı bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub. Bitərəf kimi birinci, ikinci və üçüncü çağırış (1995, 2000, 2005) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü idi. Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olmuşdu. Anar Məmmədxanov 2011-ci il aprelin 23-də qəfil ürək tutması nəticəsində vəfat edib.
OXŞAR XƏBƏRLƏR