Bu günün hava proqnozu

Bu günün hava proqnozu
Bütün Xəbərlər
09:23 21.07.2012
994
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, iyulun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti təşkil edəcək. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.Azərbaycanın rayonlarına gəlincə, iyulun 21-də əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR