Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah 20 iyul tarixində saat 09:00-dan 18:00-dək “Yevlax-1”, “Yevlax-2” və “Cəlilabad” Qazpaylayıcı Stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri müddətində Yevlax şəhəri daxil olmaqla rayonun Cırdaxan, Varvara, Balçılı, Salahlı, Hürüuşağı, Boşçalı, Tanrıverdilər və Ağqıraqlı kəndlərinə, həmçinin Cəlilabad şəhəri daxil olmaqla rayonun Uzuntəpə kəndinə təbii qazın verilişində fasilələr yaranacaq.