Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.