TQDK imtahan nəticələrini açıqladı

TQDK imtahan nəticələrini açıqladı
Bütün Xəbərlər
17:45 17.07.2012
3841
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb.
AZXEBER.COM-un Trend-ə istinadən xəbər verir, Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, imtahan nəticələri TQDK-nın rəsmi saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatları, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.Qeyd edək ki, bu il III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. İmtahanlar respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəranda keçirilib.
OXŞAR XƏBƏRLƏR