15 yaşlı qız yol qəzasının qurbanı oldu

15 yaşlı qız yol qəzasının qurbanı oldu
Bütün Xəbərlər
09:14 05.06.2012
1379

Hadisə Bakı-Qazax magistralının Şəmkir rayonundan keçən hissəsində baş verib

Bu gün Bakı-Qazax magistralının 380-ci km-də ölümlə nəticələnən avtoqəza baş verib. Magistralın Şəmkir rayon ərazisindən keçən hissəsində Qazax istiqamətinə hərəkət edən “Mercedes” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Baş Dövlət Yol Polisi İdarəsinin Təhqiqat şöbəsindən verilən məlumata görə, hadisəni törədən sürücü Gədəbəy rayon sakini Röyal Qasımlıdır. O, 1997-ci il təvəllüdlü Nuranə Musayevanı idarə etdiyi avtomaşınla vurub, nəticədə gənc qız ağır kəllə-beyin travması alıb. Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR