Rusiya prezidenti Vladimir Putin Azərbaycanın prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibətilə təbrik edib. AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi məlumata görə, V. Putin təbrik məktubunda ölkə başçısına və xalqımıza səadət, sülh və firavanlıq arzu edib. ”Azərbaycan sosial-iqtisadi inkişaf, vətəndaşların rifahının yüksəldilməsi yolu ilə irəliləyərək sanballı nəticələrə nail olub. Respublikanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi onun beynəlxalq arenada nüfuzunun artmasının daha bir təsdiqi olub. Biz dostluq, qarşılıqlı rəğbət və etimad əsasında inkişaf edən Rusiya-Azərbaycan münasibətlərinin müsbət dinamikasını yüksək qiymətləndiririk. İkitərəfli əməkdaşlığı daha da genişləndirmək, strateji tərəfdaşlığımızı ticari-iqtisadi və mədəni-humanitar sahələrdə yeni, perspektivli layihələrlə zənginləşdirmək əzmindəyik.