Hava küləkli olacaq

Hava küləkli olacaq
Bütün Xəbərlər
12:05 11.05.2012
969

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, mayın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 25-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, mayın 11-də əksər rayonlarda hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Mayın 11-13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, mayın 12-13-də atmosfer təzyiqinin normadan bir qədər aşağı enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

OXŞAR XƏBƏRLƏR