Həftəsonu hava necə olacaq?

Həftəsonu hava necə olacaq?
Bütün Xəbərlər
11:05 27.04.2012
1253
Bakı və Abşeron yarımadasında aprelin 28-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Gecə 11-16, gündüz 23-28 dərəcə isti gözlənilir. Aprelin 29-da hava dəyişkən buludlu, yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 11-16, gündüz 23-28 isti olacaq. Azərbaycanın rayonlarında aprelin 28-də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR