Daha bir əsgərimiz özünü güllələdi

Daha bir əsgərimiz özünü güllələdi
Bütün Xəbərlər
11:25 18.04.2012
1688

Yaqub Nəsrullazadə özünü güllələyib

Ötən gün Azərbaycan Ordusunun əsgəri intihar edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, intihar hadisəsi Bərdə rayonu N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissədən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, əsgər Yaqub Şahin oğlu Nəsrullazadə özünü güllələyib. Hadisənin səbəbi barədə hələlik heç bir məlumat verilmir. Qeyd edək ki, Yaqub Nəsrullazadə Binəqədi rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmışdı.

OXŞAR XƏBƏRLƏR