Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.