Bakı və Abşeron yarımadasında aprelin 17-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, gündüz buludluluğun artacağı, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.Aprelin 18-də havanın tutqun olacağı, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14, gündüz 22-27 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında aprelin 17-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.Aprelin 18-də bölgələrdə gündüz hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, 18-də gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15, gündüz 22-27 dərəcə, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti təşkil edəcək.