Azərbaycanda 17 yaşlı qız özünü asdı

Azərbaycanda 17 yaşlı qız özünü asdı
Bütün Xəbərlər
10:28 04.04.2012
1352

Hadisə Şamaxıda baş verib

Ötən gün saat 15:45 radələrində Şamaxı rayonunda 17 yaşlı qız intihar edib. Rayon Prokurorluğunun böyük müstəntiqi Sahib Abdulrəhmanovun ANS PRESS-ə verdiyi məlumata görə, Şamaxı şəhərində yaşayan 1995-ci il təvəllüdlü Mahirə Qadir qızı Cahangirova özünü evlərində, yarımçıq tikilmiş köməkçi otaqda asıb. Rayon Polis İdarəsindən daxil oan məlumata əsasən, hadisə yerinə yollanan Prokurorluğun əməkdaşları ərazini müayinə edərkən meitin yanından kəndir, stol və Mahirə Cahangirovaya məxsus başmaq tapılıb. Meyit müayinə üçün tibbi ekspertizadan keçirilib və onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Hadisənin intihar olduğu müəyyənləşib. Hazırda qızın vaxtilə hansısa xəstəlikdən əziyyət çəkməsi, psixi probleminin olub-olmadığı, həmçinin ona qarşı hansısa təzyiqlərin edilməsi versiyası da araşdırılır. Araşdırmalardan sonra Mahirə Cahangirovanın hansı səbəblərdən intihar etdiyi məlum olacaq. Qeyd edək ki, intihar etmiş M.Cahangirova orta məktəbin 9-cu sinfindən çıxıb və təhsilini yarımçıq saxlayıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

OXŞAR XƏBƏRLƏR