Nazir vətəndaşları qəbul edəcək

Nazir vətəndaşları qəbul edəcək
Bütün Xəbərlər
11:05 27.03.2012
1214

Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən cari ilin aprel ayının 7-də Lənkəran şəhərində vətəndaşların qəbulu keçiriləcək.

AZXEBER.COM-un DİN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, nazir Lənkəran, Masallı, Cəlilabad, Astara, Yardımlı və Lerik rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşların qəbulu siyahıda birinci göstərilən Lənkəran rayon polis şöbəsində keçiriləcək.

Qəbul saat 11:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR