Azərbaycan elminə ağır itki

Azərbaycan elminə ağır itki
Bütün Xəbərlər
12:26 15.03.2012
1616
Azərbaycan elminə ağır itki üz verib. Filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoruBəkir Nəbiyev82 yaşında dünyasını dəyişib.AMEA-dan Milli.Az-a verilən məlumata görə, akademikin gecə saatlarında qəflətən vəziyyəti pisləşib və dünyasını dəyişib.Vida mərasimi AMEA-da keçiriləcək. Hələlik vida mərasiminin dəqiq vaxtı məlum deyil.Qeyd edək ki, B.Nəbiyev Azərbaycanın birinci ədəbiyyat tarixçisi və peşəkar tənqidçisi Firidun bəy Köçərli (1863-1920) haqqında ilk və hələlik yeganə mükəmməl monoqrafiya yazıb. Akademik "Şərəfli əməyə görə" yubiley medalı, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı, "Xalqlar dostluğu" ordeni, "Əməkdar elm xadimi", "Şöhrət" ordeninə layiq görülüb.
OXŞAR XƏBƏRLƏR