Azərbaycanda dəhşətli yol qəzası: ölənlər var

Azərbaycanda dəhşətli yol qəzası: ölənlər var
Bütün Xəbərlər
17:51 18.03.2012
2032
Kürdəmir rayonunda 3 gəncin ölümü ilə nəticələnən yol qəzası baş verib.Ötən gecə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.APA-nın xəbərinə görə, "Super Maks" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub.Nəticədə yük maşını yoldan çıxaraq aşıb. Maşının sürücüsü ağır xəsarət almayıb.Minik avtomobilinin sürücüsü, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Əsəgrov Ağa Səfər oğlu və onun sərnişinləri və həmşəhərliləri, 1986-cı il təvəllüdlü Məmmədov Hüseyn Sübhan oğlu və 1984-cü il təvəllüdlü Paşayev Rəşad Ələmdar oğlu isə aldıqları bədən xəsarətlərindən hadisə yerindəcə keçiniblər.
OXŞAR XƏBƏRLƏR