Bakıda şirkət rəhbəri həbs olundu

Bakıda şirkət rəhbəri həbs olundu
Bütün Xəbərlər
19:42 13.03.2012
1611
Bakı şəhər sakini Amid Hacıyevin "Oskar Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Bayramov Muxtar Süleyman oğlunun qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bayramov Hacıyevə "Bank Standard" Kommersiya Bankının filialına müdir təyin etdirəcəyini vəd edərək aldatma yolu ilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşdıqları 50 min manat pulun 10 min manatını 9 mart 2012-ci il tarixdə MMC-nin Bakı şəhərində yerləşən inzibati binasında alarkən cinayət başında yaxalanıb.Onun Bakı şəhərində yaşadığı mənzilindən Hacıyevə məxsus diplom, əmək kitabçası, hərbi bilet və iki ədəd fotoşəkili aşkar edilərək götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Bayramov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan olunmaqla barəsində məhkəminin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR