Temperaturun gecə 1-3° isti, gündüz 10-15° isti, Bakıda gecə 1-3° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 millimetr civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-70, gündüz 50-55 faiz olacaq.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Temperaturun gecə 1-6° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər vəDaşkəsən, Gədəbəy rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 7-12° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.Temperatur gecə 2-7° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° isti olacaq.Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16° şaxta olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Temperaturun gecə 0-2° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir.AzərTac