Bu gün Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Gənclər küçəsi “Razin” adlanan ticarət mərkəzinin yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib. Fövqəlada Hallar Nazirliyinin Yanğından mühafizə xidmətindən verilən məlumata görə, yanğın saat 13:25 radələrində baş verib. Adi çağırışla hadisə yerinə 5 yanğınsöndürən maşın yollanıb. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.