Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Bütün Xəbərlər
19:14 08.02.2012
2779
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: Bakıda və Abşeron yarımadasında Fevralın 09-da gündüz yağıntıda fasilə olacağı, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir. Havanın temperaturunun gecə 8-13 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.Hava şəraitinin qısa icmalı Fevralın 09-u gündüz yağıntıda qısa müddətə fasilə olacağı, 09-da axşam, 10-da arabir qar yağacağı gözlənilir. 10-u gündüz şimal-qərb küləyi yenidən güclənəcək.Azərbaycanın rayonlarında Fevralın 09-da gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, dağlarda gecə 19-24 dərəcə şaxta, gündüz 7-12 dərəcə şaxta təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR