Bakıda sərnişin avtobusu yandı

Bakıda sərnişin avtobusu yandı
Bütün Xəbərlər
17:28 22.01.2012
1333
Paytaxtda sərnişin avtobusu yanıb. Fövqəlada Hallar Nazirliyinin Yanğından mühafizə xidmətindən Anspress-ə verilən məlumata görə, hadisə bu gün saat 14:00 radələrində Bakı-Dairəvi yolda, Badamdar qəsəbəsindən Yeni Yasamala gedən yolda baş verib.
Yanğın 194 saylı xətt üzrə hərəkət edən “Otoyol” markalı avtobusun mühərrikində başlayıb. Adi çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın yollanıb. Görülən tədbirlərdən sonra məlum olub ki, yanğına səbəb mühərrikə gedən naqillərdən birində yaranan qısaqapanma olub.
Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
OXŞAR XƏBƏRLƏR