Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
Bütün Xəbərlər
12:50 20.01.2012
1462
Bu gün 20 yanvar hadisələrinin 22-ci ildönümüdür. APA-nın məlumatına görə, səhər saatlarından 20 yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da Şəhidlər xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüblər. Prezident İlham Əliyev “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, Vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.  Azərbaycan hökumətinin üzvləri, parlamentin deputatları, diplomatik korpusun nümayəndələri də Şəhidlər Xiyabanını ziyarət ediblər.
OXŞAR XƏBƏRLƏR