Bakı metrosunda qorxu dolu anlar yaşandı

Bakı metrosunda qorxu dolu anlar yaşandı
Bütün Xəbərlər
18:09 27.12.2011
3819
Bu gün saat 15:30 radələrində Bakı Metropolitenində qatarlardan birində nasazlıq yaranıb. Metronun 28 May stansiyasından “Gənclik” stansiyasına gedən qatar tuneldə qalıb. Nəticədə sərnişinlərlə dolu vaqonlar təxminən 15-20 dəqiqə tuneldə qalıb. Daha sonra qoşqu ilə “Gənclik” stansiyasına gətirilən qatar burada boşaldılıb və depoya aparılıb.Nasazlıq səbəbindən metropolitenin digər stansiyalarında da qatarların hərəkətində çətinlik, fasilələr yaranıb.Qeyd edək ki, qatarın 20 dəqiqəyə yaxın tuneldə qalması bir çox insanların özünü pis hiss etməsinə səbəb olub.
OXŞAR XƏBƏRLƏR