Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
Bütün Xəbərlər
01:50 31.12.2011
1686
Dekabrın 31-na Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, axşama doğru isə havanın tutulacağı gözlənilir.Bakıda gecə 3-5°, gündüz 9-11° isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 65-70 faiz olacaq.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.Temperaturun gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti olacaq.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-5° isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16° şaxta olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.Temperaturun gecə 3-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 4 şaxtadan 1°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR