Bakıda dəhşətli qətl

Bakıda dəhşətli qətl
Bütün Xəbərlər
12:33 12.12.2011
2120
Azərbaycan paytaxtında dəhşətli qətl törədilib. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.Hadisə rayonun Azadlıq prospekti, ev 167 ünvanında qeydə alınıb. Naməlum şəxslər 47 yaşlı Qasımova İradə Əliyar qızını yaşadığı 53-cü mənzilin qapısı qarşısında bıçaqlayaraq qətlə yetiriblər. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil. İlkin ehtimala görə, naməlum şəxslər adıçəkilən ünvana gələrək qadını qapıya çağırıblar. Sonra isə ona çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüblər. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR